top of page

Əsgərov Əbdürrəhman Məhərrəm oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Əbdürrəhman Əsgərov şəhid olan peşəkar hərbçilərimizdən biridir. Mayor Əbdürrəhman Əsgərov 1952-ci il oktyabrın 4-də Rusiyanın Kemerova Vilayətində doğulmuşdur. Bakıda hərbi məktəbi bitirmişdir. Daha sonra qonşu Gürcüstanda Vale şəhərində hərbi hissədə xidmət etmişdir. Ahaltsıx şəhərinin hərbi komissarının müavini olub. Daha sonra Azərbaycana qayıdıb vətənə xidmətə başlayıb. 1990-cı ildə Ağcabədi Hərbi Komissarlığının 3-cü bölməsinin rəisi olub. Ordan da cəbhəyə gedib, 702 nömrəli hərbi briqadanın 831-ci batalyonun komandiri vəzifəsində çalışmışdır. Xocavənd rayonunun Əmralılar, Muğanlı kəndlərinin müdafiəsində iştirak etmişdir. Əsgərləri, döyüş dostları arasında böyük hörmət qazanmışdır. Xocavənd rayonunun Nərgiztəpə yüksəkliyinin alınmasında fəal iştirak etmişdir.

1992-ci ilin oktyabrın 2-də Füzuli döyüşlərindən birində həlak olmuşdur. Meyidini döyüş zonasında çıxarmaq mümükün olmamışdır.

Hazırda Oğuzun küçələrindən biri onun adını daşıyır.

Mayor Əbdürrəhman Əsgərovun 3 övladı var.

2 просмотра0 комментариев

Недавние посты

Смотреть все

Commenti


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page