Abdullayev Araz Həsən oğlu 1972-ci ilin iyunun 22-də Oğuz rayonunun Qumlaq kəndində anadan olmuşdur. O, orta məktəbə 1979-cu ildə elə anadan olduğu kənddə getmişdir. Qumlaq kənd orta məktəbini 1989-cu ildə bitirmişdir.
1994-cü il yanvarın 8-də cəbhəyə göndərilmişdir. Araz Abdullayev Kəlbəcər uğrunda gedən ağır döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin fevralında Kəlbəcərin Çiçəklidağ uğrunda döyüşlərində şəhid olmuşdur.
Qəhrəman şəhidimiz Qumlaq kəndində dəfn olunmuşdur.
Xatirəsi əbədiləşdirilərək Qumlaq kənd körpələr evi uşaq bağçasına Araz Abdullayevin adı verilmişdir. Adına doğulub böyüdüyü kənddə xatirə bulağı düzəldilmişdir.
Atası Həsən dayı Qumlaq kəndinin hörmətli ağsaqqallarından biridir. Hazırda Qumlaq kəndində yaşayır. Anası Şükufə xala bir neçə il bundan əvvəl vəfat etmişdir.
Comments