top of page

Abdullayev Emin Novruz oğlu

taniyaqtanitdiraq

Обновлено: 19 янв. 2021 г.


Emin Abdullayev 1975-ci il 8 dekabr tarixində Oğuz şəhərində anadan olmuşdur. Oğuz şəhər 2 №-li tam orta məktəbi bitirmişdir. Atası Novruz müəllim Oğuzun seçilən ziyalılarından biri idi. Emin erkən yaşlarından atasını itirmiş və anası Esmira xanım oğlunu vətənə layiq övlad kimi böyütmüşdür.

Vətən torpaqları düşmən tapdağına məruz qaldıqda igid oğul orduya yollanmışdır. Ağdam uğrunda ağır döyüşlərdə iştirak etmişdir. Emin Abdullayev 701 saylı hərbi hissədə xidmət etmiş və hər zaman öz intizamı ilə seçilmişdir.

Ağdamda Şurabad, Güllücə, İlxıçılar, Orta Qarvənd, Şotlanlı istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. E. Abdullayev 1994-cü ilin 14 avqust tarixində gecə postda keşik çəkərkən kəşfiyyata gələn düşməni görmüş və son nəfəsinə qədər ona tapşırılan postu müdafiə etmişdir. Oğuz elinin cəsur oğlu vətən torpaqları uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Oğuz şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Şəhid Emin Abdullayevin adı əbədiləşdirilərək Oğuz şəhər 2 №-li tam orta məktəbə verilmişdir.

Oğul həsrətli anası Esmira xanım bu yaxınlarda dünyasını dəyişmişdir. Qardaşı Şaiq hazırda övladları ilə birlikdə Oğuzda yaşayır.






273 просмотра0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page