top of page

TARİXƏ NƏZƏR

Ermənistan-Azərbaycan- Dağlıq Qarabağ münaqişəsinin kökündə ermənilərin Azərbaycanın Dağlıq Qarabağ ərazisinə əsassız iddiaları durur. Bu iddia XIX əsrin əvvəllərindən etibarən – Gülüstan və Türkmənçay müqavilələrindən sonra başlanmışdır. XX əsrin əvvəllərində 1905-1918 ci illərdə ermənilər Azərbaycanlılara, türk müsəlman əhaliyə qarşı dəfələrlə soyqırımlar törətmişlər. 

XX əsrdə Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına Ermənistan  dövləti yaradılır. 1923-cü ildə DQMV-nin  yaradılması   gələcəkdə  Azərbaycan  torpaqlarını  parçalamaq  və  ermənilərin  işğalçılıq  siyasətini  gerçəkləşdirmək  niyyəti  güdürdü.  

    1991-ci ilin sonlarında Ermənistan Azərbaycan Respublikasına qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistan hərbi qüvvələri Azərbaycan sərhədlərini pozub Qarabağa daxil oldular.  Ermənistan hərbi qüvvələri Azərbaycan Respublikasının Yuxarı (Dağlıq) Qarabağ bölgəsini, habelə Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarını-  20 % – dən artıq ərazimizi  işğal etmişdir:

     Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda işğal edilmiş rayon və şəhərlər:

     Əskəran -              19.10.1991

     Xankəndi  -           26.12.1991

    Xocalı -                26.02.1992

    Şuşa-                   08.05.1992

    Xocavənd-            02.10.1992

    Ağdərə -               07.07.1993

    Azərbaycan Respublikasının Qarabağ regionunda işğal edilmiş digər rayonlar:

     Laçın –  18.05.1992

     Kəlbəcər – 02.04.1993

    Ağdam – 23.07.1993

    Füzuli –  23.08.1993

    Cəbrayıl –  23.08.1993

    Qubadlı – 31.08.1993

    Zəngilan – 29.10.1993

Lakin 44 günlük II Qarabağ müharibəsində rəşadətli ordumuz, igid oğullarımız vətən torpaqlarını düşmən tapdağından azad etdi. 44 günlük müharibə Azərbaycan ordusunun gücünü, əzmini göstərdi. Azərbaycanın ərazi bütövlüyü igid oğullarımız sayəsində təmin olundu. Nə qədər ki, vətənin belə igid oğulları var vətənimiz heç vaxt basılmaz.

Düşmən tapdağından azad edilmiş torpaqlarımız:

Cəbrayıl: 04.10.2020
Füzuli: 17.10.2020
Zəngilan: 20.10.2020
Qubadlı: 25.10.2020
Şuşa: 08.11.2020
Xocavənd: 10.11.2020
Xankəndi: 10.11.2020
Xocalı: 10.11.2020
Ağdam: 20.11.2020
Kəlbəcər: 25.11.2020
Laçın:01.12.2020

sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page