top of page

Abdulhüseynov Əsabəli Əli oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Əsabəli Abdulhüseynov 3 mart 1957ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olmuşdur. 1964-cü ildə Sincan kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 1972-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. 1972-ci ildə Bakı şəhərində inşaat işçiləri hazırlayan 8 nömrəli peşə məktəbinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmışdır. O, Aşqabad şəhərində hərbi hissədə öz borcunu yaxşı yerinə yetirdiyi üçün oradan Gürcüstana hərbi məktəbə göndərilmişdir. Məktəbi qurtarıb serjant rütbəsi ilə Bakıya qayıdaraq könüllü olaraq daxili qoşunlarda qulluq etmişdir. Ona 29 may 1978-ci ildə praporşik rütbəsi verilmişdir.

Əsabəli Abdulhüseynov erməni cəlladları vətənimizə hücum etməyə başlayanda könüllü olaraq vətənin müdafiəsinə getmək üçün ərizə vermişdir. İki uşağı olduğuna görə icazə verilməmişdir. Lakin buna baxmayaraq Əsabəli Abdulhüseynov öz fikrindən dönməyərək qətiyyətlə bildirir ki, mən mütləq vətənin müdafiəsinə getməli və erməni qəsbkarları ilə son damla qanıma qədər döyüşməliyəm. Beləliklə ,cəsur vətən oğlu öz arzusuna çatır.

Qarabağda gedən döyüşlərdə-Ağdam, Füzuli, Tərtər və Ağdərə döyüşlərində düşmənlə üz-üzə vuruşmuşdur. Ə. Abdulhüseynov Ağdərənin Mehritaq kəndində gedən ağır döyüşlərdə 18 avqust 1992-ci ildə qəhrəmancasına həlak olmuşdur. Bakıda Şəhidlər xiyabanında dəfn olunmuşdur.

O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1992-ci il 21 noyabr tarixli 954 nömrəli məktubuna əsasən ölümündən sonra Prezidentin Fəxri Fərmanı ilə təltif edilmişdir. 1982-ci ildən ailəli idi. İki oğlu var. Oğlu Abdulhüseynov Elvin Əsabəli oğlu 1985-ci ildə anadan olub. Digər oğlu Abdulhüseynov Elçin Əsabəli oğlu 1986-cı ildə anadan olub. Hazırda Bakı şəhərində yaşayırlar.

Şəhidin adı əbədiləşdirilmişdir. Sincan kənd tam orta məktəbi Əsabəli Abdulhüseynovun adını daşıyır.

139 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page