Azad Əliyev 1969-cu ilin 21 mayında Oğuz şəhərində doğulmuşdur. 1976-1986cı illərdə Oğuz şəhər H. Babayev adına 1 nömrəli orta məktəbdə oxumuşdur.
1987-ci ilin 30 mayında Kembirski vilayətində hərbi xidmətə getmişdir.
1992-ci ildə Qarabağda vəziyyətin gərginləşməsi, erməni təcavüzkarlarının Azərbaycanın torpaqlarına göz dikməsi onu da bir vətənpərvər el oğlu kimi narahat edirdi. Odur ki, heç bir tərəddüd etmədən Şuşaya köməyə, onun müdafiəsində iştirak etməyə gedən Oğuz könüllülərinə qoşularaq Şuşaya getmişdir. A. Əliyev Tofiq Oğuzun batalyonunda Şuşanın müdafiəsində iştirak etmişdir. Yanacaq maşınının sürücüsü idi. Amma 1992-ci ildə Şuşanın işğalı zamanı o da sona qədər Şuşada qalmışdır. Sonuncu dəfə mayın 7-də Nəbilər postunda olmuşdur. Daha sonrakı taleyindən məlumat yoxdur.
Atası Qəşəm dayı oğlunun sorağı ilə bütün cəbhə bölgələrini gəzmiş, onun silah yoldaşlarından sağ qalanları tapmış, hətta qonşu Gürcüstana da getmişdir, ancaq Azaddan heç bir xəbər ala bilməmişdir. Oğul dərdli ata və anası Şəfiqə xala bu yaxınlarda dünyasını dəyişmişlər.
Comments