top of page

Əhmədov Polad Qədir oğlu

taniyaqtanitdiraq

Обновлено: 10 янв. 2021 г.


Polad Əhmədov 2 iyul 1974-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində doğulmuşdur. Xaçmaz kənd orta məktəbini bitirmuşdir. 1992-ci ilin 25 sentyabrında hərbi xidmətə getmişdir. Salyandakı hərbi hissələrdən birində hərbi təlimlər keçmişdir. Daha sonra Laçına göndərilmişdir. Həmin vaxt Laçında gərgin döyüşlər gedirdi. Belə döyüşlərin birində yaralanmış, müalicə alıb sağaldıqdan sonra yenidən ön cəbhəyə qayıtmışdır. Polad Əhmədov ən çətin tapşırıqların yerinə yetirilməsində fərqlənmişdir. 701 nömrəli hərbi hissədə qulluq edən Polad Əhmədov 30 yanvar 1993-cü ildə Laçın rayonu Tiqiq kəndi uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Xaçmaz kəndində Şəhidlər xiyabanında dəfn edilmişdir.

Şəhidin valideynləri vəfat etmişdir.






Ailəsinə göndərdiyi məktubdan bir parça



6 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page