top of page

Əhmədov Həsən Rəcəb oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Həsən Əhmədov 1962-ci il fevralın 25-də Oğuz rayonunun Calut kəndində anadan olmuşdur. Orta təhsillidir. Təhsilini Calut kənd orta məktəbində almışdır. 1992-ci ildə hərbi xidmətə yola düşmüşdür. 1994-cü il aprelin 17-də Tərtər rayonunun Marquşavan kəndində gedən ağır döyüşlərin birində itkin düşmüşdür.

Həsən Əhmədov cəbhəyə yola düşərkən ailəli idi. Ailədə bir oğlu böyüyürdü. Əhmədov Məmməd Həsən oğlu. Hazırda Oğuzda yaşayır və işləyir. İki övlad atasıdır. Şəhidin həyat yoldaşı Validə xanım Calut kənd uşaq bağçasında işləyir, oğlunun ailəsi ilə birgə Oğuz şəhərində yaşayır.

7 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page