top of page

Əhmədov Ağasəf Mikayıl oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Ağasəf Əhmədov Oğuz rayonunun Muxas kəndindəndir. Kəndin ilk şəhididir. 26 oktyabr 1969-cu ildə bu kənddə doğulub, böyüyüb boya başa çatmışdır. Təhsilini də burda almışdır.

A. Əhmədov 1992-ci ilin noyabrın 3-də Azərbaycan Ordusunda xidmətə yollanmışdır. Onun sorağı Laçın, Qubadlı döyüşlərindən gəlmişdir. Döyüşlərin birində əsir düşən insanları xilas etmiş, çoxsaylı erməni cəlladını məhv etmişdir. 1993-cü il aprelin 17-də Qubadlı döyüşlərində şəhidlik zirvəsinə yüksəlmişdir. Muxas kəndində dəfn edilmişdir.

Şəhidin adı əbədiləşdirilmiş, təhsil aldığı Muxas kənd tam orta məktəbi hazırda onun adını daşıyır.

Şəhidin valideynləri vəfat etmişdir. Qardaş və bacıları Muxas kəndində yaşayırlar. Şəhidin qardaşlarından biri Nizami də Qarabağ döyüşlərində iştirak etmişdir, müharibə əlilidir.

41 просмотр0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page