top of page

Əfəndiyev Anar Aydın oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Anar Əfəndiyev Kərimli kəndində doğulub boya başa çatmışdır. 1973-cü il oktyabrın 5-də dünyaya göz açan Anarı atası Aydın, anası Zöhrə qəlblərində min bir arzu ilə qayğı və məhəbbətlə böyütmüşdülər. O, Kərimli kənd orta məktəbini bitirdikdən sonra Bakı Kooperativ Texnikumuna daxil olmuşdur. Daha sonra 1992-ci ilin yanvarın 10-da Bakı şəhəri Nərimanov rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış, əvvəl Naxçıvanda Sədərək qəsəbəsində hərbi təlimlər keçmiş, sonra Ağdama, ön cəbhədə döyüşlərə yollanmışdır. 777 nömrəli hərbi hissədə xidmət etmişdir. Ağdam uğrunda gedən döyüşlərdə ağır yaralanmış hospitala göndərilmişdir. A. Əfəndiyev sağalan kimi yenidən ön cəbhəyə qayıtmışdır. Həmişə məktublarında düşmənə nifrət etdiyini, qələbənin bizimlə olacağını qeyd edərdi. İnanırdı ki, doğma yerlərə qalib kimi qayıdacaq.

Anar Əfəndiyev 1994-cü il yanvarın 9-da Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrundakı ağır döyüşlərdə şəhid olmuşdur. Onun məzarı Kərimli kənd qəbiristanlığındadır.

Şəhidin adı əbədiləşdirilmişdir. Təhsil aldığı kənd tam orta məktəbi hazırda Anar Əfəndiyevin adını daşıyır. Məktəbin qarşısında büstü qoyulmuşdur.

Atası Aydın Əfəndiyev vəfat etmiş, anası Zöhrə xanım Kərimli kəndində yaşayır.

1 просмотр0 комментариев

Недавние посты

Смотреть все

Comentaris


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page