Polad Əbdürrəhimov Oğuz rayonunun Xaçmaz kəndindən olan onlarla şəhidin biridir. O, bu kənddə 3 may 1972-ci ildə doğulmuşdur. Təhsilini də bu kənddəki məktəbdə almışdır. Bakı İdman Texnikumuna daxil olmuşdur.
Erməni təcavüzkarlarına qarşı mübarizəyə o da qoşulmuşdur. 1992-ci ildə Laçın uğrunda döyüşlərdə ağır yaralanmış, lakin müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıtmışdır. P. Əbdürrəhimov Kəlbəcər, Murovdağ istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. Döyüşçü yoldaşları arasında, həm də rəhbərlik etdiyi bölükdə hörmət və nüfuz qazanmışdır. 1994-cü ilin yanvarın ilk günlərində Kəlbəcərin Yanşaq kəndi uğrundakı döyüşlərdə 12 nəfər yoldaşı ilə mühasirəyə düşmüş, sona qədər döyüşmüş və şəhidlik zirvəsinə yüksəlmişdir.
Məzarı Oğuz rayon Xaçmaz kəndindəki Şəhidlər xiyabanındadır.
Şəhidin atası Nəzir Əbdürrəhimov vəfat etmiş, anası Gülarə xala Xaçmaz kəndində yaşayır.
Comments