Rəşid Şəfiyev 4 may 1971-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Orta məktəbi bu kənddə bitirmişdir. Rusiyanın uzaq Çita şəhərində hərbi xidmətdə olmuşdur. 20 Yanvar hadisələrindən sonra Bakıya qayıtmış, burada körpü tikinti idarəsində işə düzəlmişdir. 1992-ci il sentyabrın 21-də cəbhəyə yollanmışdır. Baş çavuş Rəşid Şəfiyev Ağdam bölgəsində döyüşlərdə iştirak etmişdir. Ermənilər Ağdamın Xromat kəndinə tez-tez hücum edirdilər. Rəşid və döyüş dostları bu hücumun qarşısını qəhrəmanlıqla alırdılar. Növbəti döyüşlərin birində Oğuzun Kərimli kəndindən olan döyüş dostu Vasif yaralanmışdır. Bunu görən Rəşid onun yaralarını sarımış və həyatını xilas etmişdir.
Ağdamın Fərrux kəndində gedən növbəti döyüşlərin birində-1992-ci il okyabrın 1-də Rəşid Şəfiyev şəhidlik zirvəsinə yüksəlmişdir.
Doğulduğu Xaçmaz kəndində dəfn olunmuşdur.
Atası Saməddin Şəfiyev hazırda Xaçmaz kəndində yaşayır. Qardaşı Tariyel və bacısı Səriyyə həkimdirlər.
Comments