top of page

Çiyniyev Altay Ziyəddin oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Altay Çiyniyev 1966-cı il sentyabrın 12-də Oğuz rayonunun Filfilli kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirmiş, Ussiriysk Avtomobil Mühəndisləri Hərbi Məktəbinə daxil olmuşdur. Sonra uzaq Çitada hərbi xidmət keçmişdir. Oradan Zaqafqaziya Hərbi Okruquna göndərilmişdir. Mənfur qonşularımızın Azərbaycan torpaqlarını işğal etmək üçün başladıqları müharibə onu da digər oğullarımız kimi narahat edirdi. Elə buna görə də doğma yurda qayıtmışdır. Prezident Qvardiyasına daxil olmuşdur. Lakin cəbhədə hərbi mütəxəsislərə olan ehtiyacı görən Altay düşmənlə üz-üzə vuruşmaq üçün könüllü olaraq ön cəbhəyə getmişdir. 1992-ci ildə Qubadlı, Laçın istiqamətindəki döyüşlərdə peşəkar hərbçi kimi döyüşmüşdür. Həmin ilin noyabr ayının 6-da Qubadlı rayonunun Xanlıqlar kəndi istiqamətində gedən döyüşlərdə düşmən snayperi mərd döyüşçünün həyatına son qoymuşdur.

Altay Çiyniyev Filfilli kəndində dəfn olunmuşdur. Şəhidin adı əbədiləşdirilmişdir.

Hazırda Filfilli kənd tam orta məktəbi Çiyniyev Altay Ziyəddin oğlunun adını daşıyır.

8 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page