Xanqara Yunusov 7 sentyabr 1970-ci ildə Qərbi Azərbaycanın İcevan rayonunun Salahlı kəndində anadan olmuşdur. 1988-ci ildə soydaşlarımız Ermənistandan deportasiyaya məruz qalanda o da ailəsi birlikdə Oğuza pənah gətirmişdir. Rayonun Calud kəndində yaşamağa başlamışlar. Sonralar o Bakıda Gəmi Təmiri Zavodunda işləməyə başlamışdır.
1992-ci ildə o da bir çox vətənsevər gənc kimi erməni cəlladları ilə mübarizəyə qalxmış, cəbhəyə yollanmışdır. Füzuli cəbhəsində döyüşmüşdür. Bir dəfə əsir götürülən qadınları azad etmək üçün döyüşə atılmış, 7-8 ermənini öldürmüş, qadınları azad etmişdir. O, dəfələrlə belə ağır döyüşlərdən keçmişdir. 26 yanvar 1993-cü ildə Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlər onun son döyüşü olmuşdur. Burda o şəhid olmuşdur.
Xanqara Yunusov Oğuz şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Şəhidin adı əbədiləşdirilmiş, Oğuz şəhərindəki küçələrdən biri Xanqara Yunusovun adını daşıyır.
Şəhidin valideynləri vəfat etmişdir.
Comments