Xəlilov Əbubəkr Siddaqnovruz oğlu
- taniyaqtanitdiraq
- 2 янв. 2021 г.
- 1 мин. чтения
Обновлено: 9 янв. 2021 г.

Əbubəkr Xəlilov ötən əsrin 80-ci illərinin məlum hadisələrindən sonra Özbəkistandan Oğuza pənah gətirmiş yüzlərlə axıska türklərindən biridir. O, 5 dekabr 1971-ci ildə Özbəkistanda doğulmuşdur. 1988-1990-cı illərdə Oğuzun Böyük Söyüdlü kəndinə gəlmiş, burda məskunlaşmışlar. 1990-cı il dekabrın 5-də Azərbaycanda hərbi xidmətə yollanmışdır. 702 nömrəli hərbi hissədə döyüş hazırlıqları keçmişdir. Cəbhə bölgəsinə göndərilmiş, 8 oktyabr 1992- ci ildə Füzulu rayonunun Qacar kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.
Şəhid Böyük Söyüdlü kəndində dəfn olunmuşdur.
Comments