top of page

Xəlilov Oktay Nəcməddin oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Oktay Xəlilov 27 noyabr 1974-cü ildə Oğuz rayonunun Tayıflı kəndində doğulmuşdur. Doğulub boya başa çatdığı ailə sadə və zəhmətkeş bir ailə idi. Bu kənddəki orta məktəbdə 1980-1991-ci illərdə təhsil almışdır.

Əsgər yaşı çatdıqda 1992-ci ilin dekabrın 14-də xidmətə yollanmışdır. Çətin günlər idi. Ermənilər torpaqlarımıza göz dikmişdi. O da qısa döyüş hazırlığı keçdikdən sonra cəbhə bölgəsinə göndərilmişdir. Murovdağdakı döyüşlərdə qəhrəmanlıq göstərmişdir. Qardaşı da sonradan Murov döyüşlərində iştirak etmişdir.

Kəşfiyyatçı olmuşdur Oktay Xəlilov. 1994-cü il yanvarın 15-də Ağdərədə kəşfiyyatda olarkən dumanlı hava şəraitində düşmən onları mühasirəyə alır, avtomatla atəşə tuturlar. Bu döyüşdə Oktay şəhid olur.

Cəsur kəşfiyyatçı Oğuz rayon Tayıflı kəndində dəfn edilmişdir. Şəhidin adı əbədiləşdirilərək oxuduğu Tayıflı kənd tam orta məktəbinə verilmişdir.

Oktay Xəlilovun valideynləri vəfat etmişdir. Qardaş və bacıları Tayıflı kəndində yaşayırlar.

8 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page