top of page

Xudumov Vidadi İmanqulu oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Vidadi Xudumov 12 dekabr 1969cu ildə Qərbi Azərbaycanın Əzizbəyov rayonunda doğulmuşdur. 1988-ci ildə ermənilərin soydaşlarımızı öz ata-baba yurdlarından deportasiya etməsi nəticəsində ailəsi Şuşanın Malıbəyli kəndində muskunlaşmışdır. Daha sonra isə Oğuzun Calut kəndinə köçmüşlər. V. Xudumov Qazaxıstanın Cambul şəhərində hərbi xidmət keçmişdir. Sonra Azərbaycana qayıtmışdır. Yenidən 1993cü il dekabrın 9-da Milli Ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Pulemyotçu idi. Ağdərə döyüşlərində iştirak etmiş, bir neçə dəfə yaralanmış, lakin yenə də döyüşə atılmışdır. 16 aprel 1994-cü ildə Ağdamın Papravənd kəndi uğrunda döyüşlərdə şəhid olmuşdur.

Vidadi Xudumov Oğuz şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.

Şəhidin adı əbədiləşdirilmişdir. Oğuz şəhərindəki küçələrdən biri və Bakıda Ramana qəsəbəsindəki küçələrdən biri Vidadi Xudumovun adını daşıyır.

Cəbhəyə gedərkən Mehriban xanımla ailəli idi. İki övladı var idi. Gülşən və Elşən. Onun qardaşı Elçin Ağdərə uğrundakı döyüşlərdə vuruşub yaralanır, digər qardaşı İsabala isə Şuşanın Malıbəyli kəndində gedən döyüşlərdə iştirak etmişdir. Şəhidin anası Suqra xala hazırda Calut kəndində yaşayır.

3 просмотра0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page