Cabir Xasməmmədov 15 iyul 1974cü ildə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur. 1980- 1991-ci illərdə Qumlaq kənd orta məktəbində oxuyub orta təhsil almışdır. 28 iyun 1992-ci ildə ordu sıralarına çağırılmışdır. Ağcabədi və Füzuli bölgələrində ağır döyüşlərdə iştirak etmişdir. Qısa vaxtda döyüş yoldaşları arasında öz şücaəti və qorxmazlığı ilə seçilmişdir. 1994-cü ilin yazında Füzulidə, onun kəndlərinin işğalçılardan azad edilməsi istiqamətində gedən döyüşlərdə Cabir və yoldaşları düşmənə qan uddurmuşlar. Belə döyüşlərin birində 1994-cü il martın 12-də Fizuli rayonun Aşağı Veysəlli kəndindəki Şişqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Cabir Xasməmmədov Qumlaq kənd qəbiristanlığında dəfn olunmuşdur.
Şəhidin xatirəsi əbədiləşdirilmiş,Cabir Xasməmmədovun adı Oğuz şəhərində küçələrdən birinə verilmişdir.
Şəhidin ata yurdunda bacısı Əfsanə Xasməmmədova yaşayır.
Commenti