Nüsrət Süleymanov 17 aprel 1971-ci ildə Oğuz rayonunun Yaqublu kəndində anadan olmuşdur. 1978-1988-ci illərdə Yaqublu kənd orta məktəbində oxumuşdur. Məktəbi bitirəndən sonra bir müddət kənddəki Üzümün İlkin Emalı zavodunda işləmişdir. 1989-1991-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olmuşdur. 1991-ci ildə hərbi xidmətdən qayıdan Nüsrət Süleymanov “Azərbaycan” kolxozunda sürücü işləmişdir. N.Süleymanov 1992-ci ilin sentyabr ayının 3-də cəbhəyə yollanmışdır. Bir müddət Tərtər və Laçın rayonlarının müxtəlif bölgələrində döyüşmüşdür. N.Süleymanov 1992-ci il oktyabr ayının 9-da Laçın rayonunun Xanalılar kəndi yaxınlığındakı Sarıbaba dağı ətrafında gedən ağır döyüşdə həlak olmuşdur . Şəhid doğulduğu Yaqublu kəndində dəfn olunmuşdur. Şəhidin valideynləri vəfat etmişdir.
Süleymanov Nüsrət Muradəli oğlu
Обновлено: 9 янв. 2021 г.
Comments