Süleymanov Elbrus Süleyman oğlu
- taniyaqtanitdiraq
- 2 янв. 2021 г.
- 1 мин. чтения
Обновлено: 9 янв. 2021 г.

Elbrus Süleymanov 1969-cu il oktyabrın 30-da Oğuz rayonunun Bucaq kəndində doğulmuşdur. Həmin kənddə orta məktəbi bitirmişdir. Əsgəri xidmətdə olmuşdur. Əsgərlikdən sonra Oğuzda əmək fəaliyyətinə başlamışdır. O, 1992-ci il noyabrın 3-də döyüşə yollanmışdır. 23 noyabr 1992-ci ildə Qubadlı rayonunun Başarat kəndi uğrunda gedən doyüşlərdə həlak olmuşdur. Elbrus Süleymanov Oğuz rayon Bucaq kəndində dəfn edilmişdir. Cəbhəyə yollanarkən Elbrus Süleymanov Xalidə xanımla ailəli idi. Bilal adlı övladı var idi. Hazırda o, Oğuz şəhərində yaşayır.
Comments