Cavid Süleymanov 26 iyul 1989-cu ildə Oğuz rayon Filfilli kəndində anadan olmuşdur. Cavid ailənin ilk övladı idi. O, Filfilli kəndindəki şəhid Altay Çiyniyev adına tam orta məktəbdə oxumuş, 2006-cı ildə məktəbi bitirmişdir. 2008-ci ilin aprelində həqiqi hərbi xidmətə yollanmışdır. Bir müddət Beyləqandakı “N” saylı hərbi hissədə xidmət etmiş, sonra Füzuli rayonunun Alxanlı kəndində, daha sonra isə Qaraxanbəyli kəndində xidmətini davam etdirmişdir. Xidmət etdiyi qısa vaxt ərzində çavuş rütbəsi almışdır. O, igidliyi, şücaəti ilə əsgər yoldaşlarının, komandirlərinin hörmətini qazanmışdır. Cəbhə bölgəsində xidmət keçən Cavid Süleymanov 2009-cu il fevralın 20-də düşmənin atəşi nəticəsində şəhid olmuşdur.
O, boya-başa çatdığı Filfilli kəndində dəfn olunmuşdur. Valideynləri Filfilli kəndində yaşayır. Cavidin baçısı Əfsanənin oğlu şəhid dayısının adını daşıyır.
Comentários