top of page

Rəhimov Koroğlu İsmayıl oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.

Koroğlu Rəhimov Azərbaycanın Milli Qəhrəmanıdır. Koroğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olmuşdur. O vaxt İsmayıl müəllim təyinatla rayonumuza işləməyə gəlmişdir. Koroğlu Rəhimov 1960-cı ildə 7 illik Yaqublu kənd orta məktəbində təhsil almağa başlamışdır. 1961-ci ildə ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçmüşdür. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitunun avtomexanika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılmış, 1974-cü ildə Almaniya Demokratik Respublikasında hərbi xidmətini başa vurmuşdur. Koroğlu əmək fəaliyyətinə Bakı Məişət Kondisionerləri zavodunda başlamışdır. Koroğlu Rəhimov vətənpərvər insan idi. 1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan qovulması, 1990-cı ilin Qanlı Yanvar hadisələri və Xocalı soyqırımı ona böyük təsir göstərmiş və silaha sarılaraq 17 mart 1992-ci ildə cəbhəyə yollanmışdır. 30 aprel 1992-ci ildə “N” saylı hərbi hissədə 2-ci motoatıcı bölüyə komandir təyin olunmuşdur. 13 iyun 1992-ci ildə bölük Goranboy rayonunun Buzluq, Çartaz, Erkəç kəndlərini ermənilərdən azad etmişdir. Dəstə 15 erməni yaraqlısını məhv etmiş və 4 nəfəri əsir götürərək xeyli silah-sursat əldə etmişdir. Koroğlu Rəhimov 5 erməni faşistini məhv etmişdir. Bu uğurdan ruhlanan döyüşçülər ertəsi gün, iyunun 14-də başqa bir kəndi - Mənəşlini də yaraqlılardan təmizləmişlər. Sayca üstünlüyə baxmayaraq, ermənilər xeyli tələfat vermişlər. Döyüşçülərimiz tərəfindən 8 quldur öldürülmüşdür. İyunun 15-də döyüşçülər daha mühüm obyekti - düşmənlərin ələ keçirdiyi Başkənd kəndini də azad etmişlər. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardı ilə düşməndən azad edilmişdir. 21 iyun 1992-ci ildə Madagiz kəndi uğrunda yenidən qanlı döyüş gedirdi. Koroğlu Rəhimov ratsiyanın önündən çəkilmirdi. Elə bu an tabor komandiri Yaşar Qarayevin bir neçə döyüşçü ilə birlikdə düşmən mühasirəsində qalması barədə xəbər gəlir. K. Rəhimov öz dəstəsi ilə döyüşçü dostlarının köməyinə çatır. Əməliyyat uğurla nəticələnir. Madagiz ikinci dəfə işğaldan azad edilir. 3 iyul 1992-ci ildə bölük Koroğlu Rəhimovun əmri ilə Ağdərə istiqamətində hücuma keçmişdir. Bu onun son döyüşü olur. Onun dəstəsi Ağdərə yaxınlığındakı üçüncü sovxozu erməni hərbçilərindən azad etmişlər. Bu istiqamətdə gedən qanlı döyüşlərdə Koroğlu Rəhimov şəhidlik zirvəsinə yüksəlmişdir.

1994-cü il sentyabrın 16-da ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Koroğlu Rəhimov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. O, Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.

Koroğlu Rəhimovun adı Oğuzda da əbədiləşdirilmişdir. Oğuz şəhərinin küçələrindən biri onun adını daşıyır.

Koroğlu Rəhimov ailəli idi. 3 övladı var.



3 просмотра0 комментариев

Недавние посты

Смотреть все

Comentarios


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page