top of page

Rəhimov İntizam Əhməd oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Baş leytenant İntizam Rəhimov 1959-cu ildə Oğuz rayon Qumlaq kəndində anadan olmuşdur.1966-1976-cı illərdə həmin məktəbdə oxumuşdur. 1978- 1980-ci illərdə SSRİ silahlı qüvvələrində xidmət etmişdir. İ. Rəhimov 1982-ci ildə Azərbaycan Pedaqoji İnstitunun hərbi hazırlıq fakultəsinə qəbul olmuş və 1986-cı ildə həmin fakultəni bitirmişdir.1987-ci ildə Oğuz rayon Padar kənd orta məktəbində, daha sonra isə Tayıflı kənd orta məktəbində gənclərin çağırışa qədər hərbi hazırlıq müəllimi işləmişdir.

Qarabağ müharibəsi başlayanda, 1992-ci ilin 14 iyununda İntizam müəllim könüllü olaraq vətənin müdafiəsinə yollanmışdır. 1992-ci il iyul ayının 5-də Ağdamın Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Vətən uğrunda canından keçmiş İntizam Rəhimovun adı əbədiləşdirilmiş, oxuduğu Qumlaq kənd tam orta məktəbi və Oğuz şəhərindəki küçələrdən biri İntizam Rəhimovun adını daşıyır.

İntizam Rəhimovun ocağında 3 qız övladı doğulub boya başa çatmışdır. Həyat yoldaşı Ayaz Rəhimova vəfat etmişdir. Böyük qızı Aynurə Rəhimova kimya müəllimidir, ailəlidir, Bakı şəhərində yaşayır. İkinci qızı Dünya Rəhimova tarix müəllimidir.Tayıflı kənd məktəbində işləyir. Qızlarından sonuncusu şəhidin vəfatından sonra doğulmuşdur. Atasının şərəfinə onun adı İntizamə qoyulmuşdur. İntizamə Rəhimova riyaziyyat müəlliməsidir, ailəlidir, Bakı şəhərində yaşayır.

98 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Comentarios


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page