top of page

Ramazanov İlham Rəhim oğlu

taniyaqtanitdiraq

İlham Ramazanov 9 sentyabr 1971-ci ildə Oğuz rayon Kərimli kəndində doğulmuşdur. Kərimli kənd orta məktəbini bitirmişdir. Mingəçevirdə peşə məktəbində oxumuşdur. İ. Ramazanov 1992-ci ilin aqustun 9-da hərbi xidmətə göndərilmişdir.

Laçın rayonunun Su kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qoçaz yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralı əsgər yoldaşını xilas etmək istəyərkən özü də düşmən tərəfindən vurulmuşdur. Bu yüksəkliyə ermənilər nəzarət etdiyi üçün meyidini döyüş zonasından çıxarmaq mümkün olmamışdır.

Hazırda Oğuz şəhərindəki küçələrdən biri onun adını daşıyır. Şəhidin anası Gülmayə xala Kərimli kəndində yaşayır.



4 просмотра0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page