top of page

Qocayev Cavad Cəlil oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.

Cavad Qocayev 8 yanvar 1993-cü ildə Oğuz rayonunun Bucaq kəndində anadan olmuşdur. 1999-cu ildə Bucaq kənd orta məktəbinə getmişdir. 2008-ci ildə təhsilini Abşeron rayonunun Xırdalan şəhərinin 7 nömrəli tam orta məktəbində davam etdirmiş, 2010-cu ildə bu məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idman” ixtisasına qəbul olmuşdur. 2014-cü ildə Akademiyanı bitirmişdir.

Cavad Qocayev idmana böyük həvəs göstərirdi və müxtəlif yarışlarda uğurla iştirak edirdi. Akademiyada oxuduğu müddətdə 2011-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Atletika 100 m- 11. 12” idman növü üzrə, 2012-ci ildə “Atletika-estafet 4x100 m” idman növü üzrə spartakiadalarda 1-ci yeri qazanmışdır. 2009-2010-cu illərdə Atletika üzrə Azərbaycan birinciliyində 800 m-1500m məsafəyə qaçışda 3 dəfə 3-cü yeri, bundan başqa Atletika üzrə Bakı şəhər birinciliyində 5 dəfə 3-cü yeri qazanmışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

2014-cü ilin iyulunda Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilmişdir. Hərbi xidmətini Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisindəki hərbi hissələrin birində keçmişdir. Pulemyotçu olmuşdur. 2015-ci il fevralın 25-də xidməti vəzifəsini yerinə yetirərkən mina partlaması nəticəsində şəhid olmuşdur.

26 fevral 2015-ci ildə şəhid Cavad Qocayev Oğuzun Bucaq kəndində dəfn olunmuşdur.

Şəhidin valideynləri Cəlil və Lətafət Qocayevlər Bucaq kəndində yaşayırlar.





23 просмотра0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page