Vətən Osmanov Oğuzun Bucaq kəndində 10 fevral 1972-ci ildə doğulmuşdur. 1979-1989-cu illərdə kənd orta məktəbində oxuyub. Oxuduğu müddətdə nümunəviliyi və yüksək fiziki hazırlığı ilə seçilib. 19901992-ci illərdə Belarusiyada hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıdan kimi yenidən 28 avqust 1992-ci ildə Azərbaycanda hərbi xidmətə yollanmışdır.
İlk döyüş yolu Laçın rayonundan başlamışdır. Milli Qəhrəmanımız Əlyar Əliyevlə çiyin-çiyinə vuruşmuşdur. Daha sonra Qubadlı rayon Əliquluuşağı kəndində Ermənistanla birbaşa sərhəd postunda bölük komandiri vəzifəsində xidmət etmişdir. Qubadlı şəhəri işğal olunanda belə Vətən xidmət etdiyi postu qoruya bilmişdir. Kənd əhalisi və döyüş yoldaşları şahiddir ki, onlar yalnız rayon alındıqdan sonra məcbur olub kəndi boşaltmışlar. Yaşlıları, qocaları, bir sözlə hər kəsi sağ-salamat çıxartdıqdan sonra Vətən kəndə qayıdıb bağlı qalmış heyvanları da zəncirdən açaraq kənddən çıxmışdır. Daha sonra o Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin yanvarında Ağdamın Tağıbəyli, Güllücə, Salahlı kəndlərinin müdafiəsində xüsusi ilə fərqlənmişdir. Füzulinin Horadiz qəsəbəsinin yağılardan təmizlənməsi əməliyyatında iştirak etmiş, bu onun son döyüşü olmuşdur. Həmin döyüşdə aldığı yaradan həkimlər onu xilas edə bilməmişlər.2 mart 1994-cü ildə Vətən şəhidlik zirvəsinə yüksəlmişdir.
Vətən Osmanov Oğuz rayon Bucaq kəndində torpağa tapşırılmışdır. Şəhidin atası Sakit Osmanov Bucaq kəndində yaşayır.
Vətən Osmanovun qardaşı Şahlar da cəbhədə olmuşdur.
Commenti