top of page

Nəbiyev Əmrah Sabir oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Əmrah Nəbiyev 1961 -ci il aprelin 7-də Oğuz rayonunun Tərkeş kəndində anadan olmuşdur. 1968-1978-ci illərdə Sincan kənd orta məktəbində oxumuşdur. 1978-ci ildə Bakı Dənizçilik Məktəbinə daxil olmuş, 1980-ci ildə təhsilini başa vuraraq hərbi xidmətə getmişdir. Hərbi xidməti bitirdikdən sonra Əmrah Nəbiyev 1983 -cü ildə yanğından mühafizə xidmətində işə başlamışdır. Həmin il Bakı şəhər Neft Kimya Texnikumuna qəbul olmuşdur. Təhsilini başa vurduqdan sonra yenidən öz işinə qayıtmışdır. Burda ona leytenant rütbəsi verilmişdir.

Erməni qəsbkarları torpaqlarımıza hücum edərkən könüllü olaraq cəbhəyə yollanmışdır. Rota komandiri kimi Ağdamda döyüşə başlamışdır. Ağdam, Goranboy, Ağdərə, Laçın rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Onun qəhrəmanlıqlarla dolu döyüş yolu Xocavənd, Xocalı, Sırxavənd, Canyataq, Gülyataq kəndlərindən keçmişdir. Dəfələrlə düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdir. Göstərdiyi qəhrəmanlıq və şücaətə görə 1992 -ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri fərmanı ilə təltif edilmişdir.

Ağdam rayonu uğrunda gedən döyüşlərdə 22 iyun 1993cü ildə həlak olmuşdur. Oğuz rayonu Tərkeş kəndində dəfn edilmişdir. Şəhidin adı əbədiləşdirilmiş, hazırda Oğuz rayon Tərkeş kənd tam orta məktəbi Əmrah Nəbiyevin adını daşıyır.

Əmrah Nəbiyev cəbhəyə gedərkən ailəli idi. Gözəl və Cəlal adlı iki övladı var idi. Şəhidin övladları ailəlidirlər. Qızı Gözəl Bakı şəhərində, oğlu Cəlal isə kənddə yaşayırlar.

Əmrah Nəbiyevin qardaşı Əsabəli Nəbiyevin oğlu şəhid əmisinin adını yaşadır. Əmrah hazırda əmisinin adını daşıyan məktəbdə təhsil alır.

12 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Commenti


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page