top of page

Nafiyev Əhməd Vahid oğlu

taniyaqtanitdiraq

Обновлено: 19 янв. 2021 г.

Əhməd Nafiyev 29 mart 1973-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində doğulmuşdur. Bu kənddə boya başa çatmış, 1990-cı ildə kənd orta məktəbini bitirmiş, Mingəçevirdə dülgərlik sənətinə yiyələnmişdir. 1991-ci ildə Leninqradda hərbi xidmətə başlamışdır. Lakin Azərbaycanda vəziyyət gərginləşəndə, torpaqlarımızın işğal olunması təhlükəsi yarananda Azərbaycana qayıtmış, 19 iyun 1991-ci ildə Azərbaycanda hərbi xidmətə getmişdir.

1992-ci ildə Qubadlı döyüşlərində iştirak etmişdir. Bölmə komandiri olmuşdur. Cibikli kəndi uğrunda gedən döyüşlərdə 1992-ci il dekabrın 10-da həlak olmuşdur. Doğulduğu Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.

Ə. Nafiyevin ailəsi zəhmətkeş bir ailə idi. Valideynləri dünyasını dəyişib. Onlar ailədə 3 qardaş, 3 bacı olmuşlar. Evin ilki idi Əhməd. Bacılarından biri Vəfa Nafıyeva hazırda Xaçmaz kəndindəki orta məktəbdə müəllimədir.






Şəhid Əhməd Nafiyevin anasının şəhid oğluna yazdığı şeir........


Ə. Nəfiyev şəhid olarkən bu dəftərçə cibində olmuşdur. Üzərindəki güllə izini görə bilərsiniz.






20 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page