Mustafayev Ramin İsmayəddin oğlu
- taniyaqtanitdiraq
- 2 янв. 2021 г.
- 1 мин. чтения
Обновлено: 9 янв. 2021 г.

Ramin Mustafayev 13 sentyabr 1966cı ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra Mingəçevir şəhərindəki 69 nömrəli texniki peşə məktəbində qaynaqçı sənətini öyrənmişdir.
Vətənimiz Azərbaycan düşmən təhlükəsi ilə üzləşəndə könüllü olaraq cəbhəyə yollanmışdır. 3 il döyüşlərdə iştirak etmişdir. Ağdamın müdafiəsində iştirak edən cəsarətli döyüşçülərdən biri olmuşdur. Ağdərənin Dovşanlı kəndində ağır yaralanmış, barmaqlarını itirmişdir. Lakin yenə də sağalan kimi cəbhə bölgəsinə qayıtmışdır. 1993-cü il fevralın 3-də Ağdərənin Vaqauz kəndi istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.
Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.
Şəhid ailəli idi. Təbriz adlı oğlu var idi. Sonradan o da vəfat etmişdir.
Comments