Mustafayev Həbib Veysəl oğlu
- taniyaqtanitdiraq
- 2 янв. 2021 г.
- 1 мин. чтения
Обновлено: 9 янв. 2021 г.

Həbib Mustafayev 1971-ci ilin may ayında Oğuz rayonunun Qumlaq kəndində doğulmuşdur.1977-1987-ci illərdə Qumlaq kənd orta məktəbində təhsil almışdır. 1989-cu ildə Qazaxıstanda hərbi xidmətə yollanmışdır.
Qarabağ döyüşləri başlayanda vətənə qayıtmış, cəbhəyə getmiş, 1992-ci ildən Ağcabədi batalyonunda ermənilərlə döyüşmüşdür. Həbib Mustafayev Xocəvənd rayonu, Əmralılar, Kuropatkino, Muğanlı kəndləri uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Şəhidin anası Gülbəniz Mustafayeva Qumlaq kəndində yaşayır.

Comments