Şahin Mikayılov 14 may 1963-cü ildə Oğuz şəhərində ziyalı bir ailədə doğulmuşdur. Anası Əsmər xanım müəllimə, atası Kamil kişi hüquq işçisi idi. Şahin Oğuz şəhər 2 nömrəli orta məktəbi bitirmişdir. Sonra Bakı Sənaye Texnikumunda təhsil almışdır. Oğuzda əmək fəaliyyətinə başlamışdır. O vaxtkı Sovet Ordusunda xidmət etmişdir. Vətəninə, yurduna bağlı olan Şahin Mikayılov oğuzlulardan ibarət könüllülər batalyonuna qoşulmuş, Şuşanın müdafiəsində iştirak etmişdir.
İki övlad atası olan Ş. Mikayılov elə burada da Şuşanın son döyüşlərində mayın 7-8-də itkin düşmüşdür.
Həyat yoldaşı Qərənfil Məmmədova və qızı Turan Mikayılova şəhər 3 nömrəli məktəb-liseydə müəllim işləyirlər. Oğlu Abdulhəlim isə hərbçidir.
Comments