top of page

Kərimov Mehdi Tacı oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Mehdi Kərimov 19 dekabr 1974-cü ildə Oğuz rayonunun Bayan kəndində doğulub boya başa çatmışdır. Kənd orta məktəbində təhsil almışdır.

24 dekabr 1992-ci ildə Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 701 nömrəli hərbi hissədə xidmət etmişdir. Qısa hərbi hazırlıqdan sonra cəbhə bölgəsinə göndərilmişdir. Kəlbəcər döyüşlərində iştirak etmişdir. Kəlbəcər erməni təcavüzkarları tərəfindən işğal edildikdən sonra ordumuz əks hücuma keçmiş və 40 kilometr məsafəyə qədər irəliləmişlər. Bu döyüşlərdə Mehdi Kərimov da şücaət göstərmişdir. Belə döyüşlərin birində-Çiçəkli dağ döyüşlərində 1994-cü il yanvarın 28-də ağır yaralanmışdır. Ayağından yaralanan Mehdi çoxlu qan itirmiş, sürünərək qayaların arasına çəkilmişdir. Döyüş dostları onun meydini fevralın 8-də buradan donmuş şəkildə tapmışlar.

Mehdi Kərimov fevralın 12-də doğulduğu Bayan kəndində dəfn olunmuşdur.

Şəhidin adı əbədiləşdirilmiş, oxuduğu kənd tam orta məktəbi hazırda Mehdi Kərimovun adını daşıyır.

Ailədə sonbeşik idi Mehdi. Dörd qardaş iki bacı idilər. Kərimovlar ailəsində hazırda daha bir Mehdi böyüyür. Şəhidin qardaşı Sərdar öz oğluna Mehdinin adını vermişdir. Kiçik Mehdi hazırda kənd tam orta məktəbində oxuyur.

3 просмотра0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page