top of page

İsrafilov Şıxəli Səhhət oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Şıxəli İsrafilov 16 mart 1973-cü ildə Oğuz rayonun Qumlaq kəndində anadan olmuşdur. 1979-1990-cı illərdə kənd orta məktəbində təhsil almışdır.

1992-ci ildə Milli Orduda hərbi xidmətə yollanmışdır. Onun döyüş yolu Ağdərədən başlamışdır. Bu bölgədəki döyüşlərdə fərqlənmişdir. Daha sonra 1994-cü ilin əvvəlindən Ağdam istiqamətindəki döyüşlərdə iştirak etmişdir. Həmin ilin aprel ayında Yusifcanlı kəndi uğrundakı döyüşlərdə əsgər yoldaşları ilə ermənilərə qarşı sonadək mübarizə aparmışdır. Bu döyüşdə neçə-neçə mərd oğlumuz həlak olmuş, itkin düşmüşdür. İtkin düşənlərdən biri də Şıxəli İsrafilov olmuşdur.

Şıxəli İsrafilov Qumlaq kəndinin digər şəhidi Əziz Hacıyevlə eyni sinifdə oxumuşlar. Şəhidin doğulduğu evdə bacısı Sevda İsrafilova yaşayır.

12 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page