Mayıs İsrafilov 1967-ci il martın 23-də Oğuz rayonunun Qumlaq kəndində doğulmuşdur. 1974-1984-cü illərdə Qumlaq kənd orta məktəbində oxumuşdur. 1985-1987-ci illərdə Sovet Ordusunda xidmət etmişdir.
1992-ci il martın 10-da Azərbaycan Ordusunda xidmətə getmişdir. Xocavənd rayonunun Əmralılar, Muğanlı, Kuropatkino kəndlərindəki döyüşlərdə fəal iştirak etmişdir. O, həmyerlisi və yaxın qohumu Əbdürrəhman Əsgərovun batalyonunda xidmət etmişdir. Füzulidəki döyüşlərin birində qohumu və komandiri ilə birgə şəhid olmuşdur. Onun meyidini döyüş bölgəsindən çıxarmaq mümkün olmamışdır.
Mayıs İsrafilov döyüşə yollanarkən İradə xanımla ailəli olmuşdur. Ailədə oğlu Səbzəddin böyüyürdü. Hazırda Səbzəddin İsrafilov Qumlaq kəndində yaşayır.
Comments