top of page

İsgəndərov Eyvaz Bəlyar oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Eyvaz İsgəndərov 15 fevral 1965-ci ildə Oğuz rayonunun Calut kəndində doğulmuş, bu kənddə təhsil almışdır. Belarusiyada hərbi xidmətdə olmuşdur. 1984cü ildə Azərbaycana qayıtmışdır.

1993-cü ilin oktyabr ayının 15-də Azərbaycan Ordusunda xidmətə yollanmışdır. O, rabitəçi idi. Beyləqan döyüşlərində iştirak etmişdir. Beyləqanın Haramı düzü deyilən ərazisində ermənilərlə döyüşdə döyüşçü yoldaşları ilə birgə düşmənin xeyli texnikasını məhv etmişlər.

Eyvaz İsgəndərov 28 yanvar 1994-cü ildə Füzuli rayonunun Qızılqaya kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.

Şəhid Oğuz rayon Calut kəndində dəfn edilmişdir.

Eyvaz İsgəndərovun adı Oğuz şəhərindəki küçələrdən birinə verilmişdir.

Cəbhəyə gedərkən Nərgiz xanımla ailəli idi, Xatirə adlı bir qızı var. Nərgiz xanım qızının ailəsi ilə birlikdə Oğuz şəhərində yaşayır.

Şəhidin qardaşları Həbib və Əmiraslan da torpaqlarımızın müdafiəsində iştirak etmişlər.

5 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Comentários


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page