İsayev Habil Tahir oğlu
- taniyaqtanitdiraq
- 2 янв. 2021 г.
- 1 мин. чтения
Обновлено: 9 янв. 2021 г.

Habil İsayev 13 mart 1973-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində doğulmuşdur. Bu kənddə orta məktəbi bitirmişdir. 18 yaşı bitəndə hərbi xidmətə göndərilmiş, Leninqradda xidmət göstərmişdir. Azərbaycanda Qarabağ müharibəsi başlayanda leytenant Habil İsayev vətənə dönmüş, 1991-ci ilin 28 mayında Azərbaycan ordusunda xidmətə başlamışdır. Murovdağ-Kəlbəcər döyüşlərində iştirak etmişdir. Bu döyüşlərin birində yaralanmış və şəhidlik zirvəsinə yüksəlmişdir. Onun cəsədini 1994-cü il martın 3-də Murovun zirvəsindən donmuş şəkildə tapmışlar. Cibində üzərində öz adı yazılmış bir patron gəzdirirmiş. Yəni o, ölümü düşmənə təslim olmaqdan uca tuturmuş.
Habil İsayev doğulduğu kənddə Şəhidlər xiyabanında dəfn edilmişdir.
Ailədə 6 övlad olublar. Valideynləri vəfat etmiş, qardaş və bacıları Xaçmaz kəndində yaşayırlar.
Comments