top of page

İlyasov Kamil Məhəmməd oğlu

Обновлено: 9 янв. 2021 г.


Kamil İlyasov 25 iyun 1972-ci ildə Özbəkistanda anadan olmuşdur. Özbəkistanda mehseti türklərinə qarşı keçirilən deportasiya siyasəti nəticəsində 1980ci illərin sonunda Azərbaycana gəlmiş, Oğuz rayonunun Böyük Söyüdlü kəndində məskunlaşmışdır. 1990-cı il dekabrın 5-də Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına göndərilmişdir. O, şəhid Əbubəkr Xəlilovla birlikdə hərbi xidmətə yola düşmüşdür. Eyni hərbi hissədə qulluq etmişlər. Əsgəri xidmətdə olarkən döyüş bölgəsinə göndərilmiş və 8 oktyabr 1992-ci ildə Fizuli rayonu uğrunda gedən doyüşlərdə hər ikisi eyni tarixdə həlak olmuşlar. Kamil İlyasovun Özbəkistandan başlayan həyat yolu Azərbaycanda şəhidlik zirvəsi ilə başa çatmışdır.

O, Böyük Söyüdlü kəndində dəfn olunmuşdur.

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page