top of page

İbrahimxəlilov Fazil Sabir oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Fazil İbrahimxəlilov 12 dekabr 1974cü ildə Oğuz rayonunun Kərimli kəndində doğulub boya başa çatmışdır. Atası Sabir dayı, anası Məleykə xala zəhmətə bağlı insanlar idilər. Ailədə 4 övlad idilər. Fazil İbrahimxəlilov 1992-ci ildə Kərimli kənd orta məktəbini bitirmişdir. Rayondakı 143 nömrəli peşə məktəbində təhsil almışdır.

1993-cü il avqustun 20-də o hərbi xidmətə yollanmışdır. Hərbi təlim keçdikdən sonra Tərtərə göndərilmişdir. Onun qardaşı Səyavuş da həmin vaxt Kəlbəcər döyüşlərində iştirak edirdi. Fazil döyüşlərin birində yaralanır və hospitala aparılır. Valideynləri onu evə aparmaq istəsələr də “vətənin dar günündə evdə otura bimərəm” deyib cəbhə bölgəsinə qayıdır. Onların xidmət etdiyi hərbi hissə Tərtərin Səhləbad kəndində mövqe tuturdu. Fazil tez-tez kəşfiyyata göndərilirdi.

Fazil İbrahimxəlilov 11 may 1994-cü ildə Tərtər rayonu uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Oğuz rayon Kərimli kəndində dəfn edilmişdir.

Şəhidin adı əbədiləşdirilmiş, Kərimli kənd uşaq bağçası-körpələr evi hazırda Fazil Sabiroğlunun adını daşıyır.

4 просмотра0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page