Şərif İbrahimov 19 noyabr 1971-ci ildə Qərbi Azərbaycanın İcevan rayonunun Salahlı kəndində anadan olmuşdur. Ermənilərin həyata keçirdiyi deportasiya siyasətindən sonra ailəsi Calut kəndində məskunlaşmışdır. Ş. İbrahimov burada orta məktəbi bitirmişdir. Ukraynada hərbi xidmətdə olmuşdur. Azərbaycanda erməni təcavüzkarları torpaqlarımızı işğal etməyə başlayanda o da sakit dura bilməmiş, silaha sarılmış vətənin müdafiəsinə qalxmışdır.
Ş. İbrahimov topçu idi. Füzulidə döyüşlərin birində yaralanmış və hospitala aparılmışdır. Yarası tam sağalmamış yenidən cəbhəyə yollanmışdır. Tərtərdə gedən döyüşlərdə fəal iştirak etmişdir. Həmyerlisi, şəhid Vidadi Xudumovla bir cəbhədə döyüşmüşdür. 1994-cü il 30 yanvarında döyüşlərin birində itkin düşmüşdür.
Şəhidin adı əbəbdiləşdirilmişdir.Oğuz şəhərindəki küçələrdən biri Şərif İbrahimovun adını daşıyır.
Valideynləri dünyalarını dəyişmişdir. Qardaş və bacıları Calut kəndində yaşayırlar.
Comments