top of page

İbrahimov Vüqar Rauf oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Vüqar İbrahimov Oğuz rayon Xaçmaz kəndinin birinci Qarabağ savaşında ilk şəhididir. O, 10 may 1973-cü ildə Xaçmaz kəndində doğulmuşdur. Xaçmaz kənd orta məktəbini bitirmişdir. Sovet Ordusu sıralarında Ukraynada xidmət etmişdir. Vüqar vətəninə, torpağına çox bağlı idi. 1990-cı ilin 20 Yanvar hadisələri baş verərkən o qəzəbindən yumruğunu divara elə vurubmuş ki, uzun müddət ağrısını çəkibmiş. Uşaqlıqda “böyüyəndə kim olacaqsan? sualına “qəhrəman olacam” cavabını verən Vüqar 1992-ci ilin aprelin 14-də Azərbaycanda Milli Orduya xidmətə getmişdir. O, Ağdamın Abdal Gülablı, Dəhra, Qaraqaya kəndləri uğrundakı döyüşlərdə döyüşmüş, düşmənə zərbələr endirmişdir. Ağdərə uğrunda gedən döyüşlərin birində ayağından yaralanmışdır. Döyüşçü dostları onu hospitala göndərmək istəmişlər. Lakin o bundan imtina etmiş, döyüşü davam etdirmişdir.

Vüqar İbrahimovun Ağdam rayonunun Papravənd kəndi uğrundakı döyüşlərdə gülləsi qurtarır. O, düşmənlə əlbəyaxa döyüşə atılır. Xeyli döyüşür. V. İbrahimov 1992-ci ilin iyun ayının 28-də şəhidlik zirvəsinə yüksəlmişdir.

Oğuz şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.

Şəhidin adı əbədiləşdirilmiş, Xaçmaz kənd 2 nömrəli tam orta məktəbinə Vüqar İbrahimovun adı verilmişdir.

Şəhidin anası Lətafət xala Oğuz şəhərində yaşayır.

7 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page