top of page

İbrahimov Nəsir Fərhad oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Nəsir İbrahimov 13 mart 1973-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Xaçmaz kənd orta məktəbini bitirmişdir. Sovet Ordusunda hərbi xidmətdə olsa da Azərbaycanın çətin günlərində bir vətən oğlu kimi o da vətənin müdafiəsinə qalxmışdır. Döyüş yolu 1992-ci ildə Füzulidən başlamışdır. Sonralar 1993, 1994-cü illərdə Murovdağda vuruşmuşdur. Qardaşı Əbülfət ilə bir batalyonda Kəlbəcərdə, Murovda birgə döyüşmüşlər. Daha sonra 1994-cü il fevralın 12-də Nəsir və bir qrup əsgər Toğana kəndi istiqamətində, qardaşını isə Daşkəsən istiqamətinə göndərirlər. Kəlbəcərin 19 kəndi geri alınır. Nəsir kəşfiyatda iştirak etmişdi. Onunla birgə döyüşən oğuzlularla birgə düşmənin 3 tankını məhv etmişlər. Əbülfət qardaşı Nəsirdən xəbər ala bilmir və onu axtarmağa başlayır. Məlum olur ki, Nəsir hərbi əməliyyat zamanı ağır yaralanmış, donmuş və hospitala aparmışlar. Həkimlərin səyinə baxmayaraq o fevralın 26-da şəhidlik zirvəsinə yüksəlmişdir.

Martın 1-də Xaçmaz kəndində Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Şəhidin valideynləri vəfat etmişdir. Qardaş və bacısı Xaçmaz kəndində yaşayırlar.

2 просмотра0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page