İbrahim İbrahimov 1 fevral 1977-ci ildə Oğuz rayonunun Qarabaldır kəndində ziyalı ailədə doğulmuşdur. Kənd məktəbini bitirmişdir. Daha sonra ali təhsil almışdır. İqtisadçı kimi müxtəlif vəzifələrdə işləmişdir. 2010-cu il aprel ayının 9-da vətənə borcunu yerinə yetirməyə yollanmışdır. 19 noyabr 2010-cu ildə Xocavənd rayon Qarakənd kəndində xidməti borcunu yerinə yetirərkən düşmənin snayperdən açdığı atəş nəticəsində həlak olmuşdur.
Leytenant İbrahim İbrahimov 20 noyabrda doğulduğu Qarabaldır kəndində dəfn olunmuşdur.
Şəhidin adı əbədiləşdirilmiş və Oğuz şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.
Babası Muxtar İbrahimov Böyük Vətən Müharibəsinin od alovundan keçmişdi.
İbrahim İbrahimov orduya gedərkən ailəli idi. Fatimə adlı bir qızı var.
Comments