top of page

Həsənov Həsən Əsabəli oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Həsən Həsənov 1972-ci il mayın 1-də Padar kəndində doğulmuşdur. Bu kənddə boya başa çatmışdır. 1979-1989-cu illərdə Padar kənd orta məktəbində orta təhsil almışdır. Kənd məktəbini bitirmişdir.

1992-ci ildə hərbi xidmətə getmişdir. Laçın rayonunun müdafiəsində iştirak etmişdir. Hərbi hissə dağıldığı üçün geri çağırılmışdır. 1994-cü ilin yanvarın 8-də Həsən Həsənov yenidən könüllü olaraq orduya getmişdir. Laçın Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmiş, bir neçə dəfə yaralansa da, geri çəkilməmişdir.

Murovdağ uğrunda gedən döyüşlərdə yaralı dostlarını ölümdən xilas etmiş, yaxın dostu Yusifi döyüş meydanından çıxararkən onun donduğunu görüb öz kürkünü çıxarıb onu bükmüş, arxaya çatdırmışdır. Yenidən döyüş meydanına atılan Həsən Həsənov burada həlak olmuşdur.

Şəhidin məzarı Padar kəndindədir. Həsən Həsənovun valideynləri vəfat etmişlər.

5 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Commentaires


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page