top of page

Həmidov İzzət Atakişi oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


İzzət Həmidov ilk oğuzlu şəhiddir. O, 20 Yanvar hadisələrində şəhid olmuşdur.

İzzət Həmidov 1930-cu il dekabrın 5-də Oğuz rayonunun Kərimli kəndində doğulmuşdur. Sonralar onun taleyi qonşu Şəki ilə bağlı olmuşdur. Bu rayonda yaşamış və müxtəlif vəzifələrdə-kolxoz sədri, rayon partiya komitəsində təlimatçı, şöbə müdiri, 3-cü katib, 2-ci katib (10 il) işləmişdir. Daha sonra Bakı şəhərinə köçmüş, burada 5 nömrəli texniki-peşə məktəbinə rəhbərlik etmişdir. Sonra Aqrar Sənaye Komitəsi Yer Quruluşu Layihə institunda çalışmışdır.

1990-cı ilin 20 Yanvar hadisələri ona böyük təsir göstərmişdir. Hadisələrin səhəri günü İzzət Həmidov dözməyərək avtomobillə şəhərə çıxıb iş yerinə getmək istəyir. Onu tək buraxmaq istəməyən həyat yoldaşı da onunla gedir. Demək olar ki, çox yerdə yollar bağlı olur. 20 Yanvar hadisələri zamanı ən qaynar nöqtələrdən hesab edilən Salyan kazarması ətrafına gəlib çıxırlar. Bu zaman Salyan kazarması yaxınlığında zirehli texnika tərəfindən əzilmiş avtomobildəkilərə yardım etmək üçün bayıra atılan İzzət Həmidov kazarmanın üzərində mövqe tutan snayperçi tərəfindən güllə ilə vurulmuşdur. Həyat yoldaşı yerə yıxılan İzzət Həmidovu ayaqüstə qaldırmaq istəyən zaman onun al-qan içində olduğunu görmüşdür. Bundan sonra İzzət Həmidov dərhal Semaşko adına xəstəxanaya çatdırılmış, əməliyyat edilmiş, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamışdır.

Yanvarin 23-də Bakı şəhərində Şəhidlər xiyabanında digər 20 Yanvar şəhidlərimizlə birgə dəfn olunmuşdur. “20 Yanvar şəhidi”, “Azadlıq uğrunda mübariz” fəxri adı almışdır. Şəkidə və Bakıda yaşadığı küçələr indi onun adını daşıyır.

Ancaq təəssüf ki, erməni terroru Həmidovlar ailəsindən sonralar da yan keçməyib. Şəhid İzzət Həmidovun oğlu ailəsi ilə birlikdə Bakı metrosunda törədilən sonuncu terror aktının qurbanı olmuşdur.

10 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page