Eyvaz Həmidov 1 mart 1969-cu ildə Oğuz rayonunun Bucaq kəndində anadan olmuşdur. Bu kənddə oxuyub məktəbi bitirmişdir. Ukraynada hərbi xidmətdə olmuşdur. Sonra Oğuza qayıtmışdır. 30 noyabr 1993-cü ildə Oğuz rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduda xidmət üçün orduya çağırılmışdır. Eyvaz bacarıqlı tankçı idi. Ağdam döyüşlərində iştirak etmişdir. 25 yanvar 1994-cü ildə belə döyüşlərin birində həlak olub şəhidlik zirvəsinə yüksəlmişdir.
Eyvaz Həmidov Bucaq kəndində dəfn edilmişdir.
Şəhidin qardaşı Rəşid də Ağdam döyüşlərində iştirak etmişdir.
Eyvaz Həmidovun adına kənddə xatirə bulağı tikilmişdir.
Comments