top of page

Hüseynov Elman Nüsrət oğlu

Обновлено: 9 янв. 2021 г.


Elman Hüseynov 8 yanvar 1972-ci ildə Oğuz rayonunun Xalxal kəndində doğulmuşdur. 1979-1989-cu illərdə Ərmənət kənd orta məktəbində təhsil almışdır. Onun hərbi dərslərə və idmana böyük həvəsi olmuşdur. Orta məktəbi bitirdikdən sonra Mingəçevir şəhərində 69 nömrəli peşə məktəbində dülgərlik ixtisasına yiyələnmişdir.

1990-1992-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur.

Ermənilərin Qarabağdakı mənfur niyyətlərinə biganə qala bilməyib 1992-ci ilin iyul ayında Azərbaycan Ordusunda xidmətə, Qarabağ döyüşlərinə yollanmışdır. Ağdərə döyüşlərində şücaət göstərmişdir. Elə həmin döyüşlərin birində Ağdərə rayonunun Mehmana kəndində 9 fevral 1993-cü ildə şəhid olmuşdur.

Oğuz rayon Ərmənət kəndində dəfn edilmişdir.

Şəhidin adı əbədiləşdirilərək Ərmənət kənd tam orta məktəbinə verilmişdir.

Elman Hüseynovun atası Nüsrət dayı zəhmətkeş bir insan olub. 2012-ci ildə dünyasını dəyişmişdir. Anası Sürayə xala hazırda Ərmənət kəndində yaşayır. Böyük qardaşı Hikmət öz oğluna Elmanın adını vermişdir. Elman bu gün Azərbaycan ordusunda gizir kimi xidmət edir.





Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page