top of page

Haşimov Elburus Çərkəz oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Elburus Haşimov 1961-ci il yanvarın 19-da Oğuzun Dəymədərə kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra Oğuzdakı 143 nömrəli peşə məktəbində peşə öyrənmişdir. Sonra Mingəçevir Politexnik Texnikumunda oxumuşdur. Sovet Ordusu sıralarında xidmət etmişdir.

Azərbaycanda müharibə getdiyi ağır günlərdə – 1994-cü ilin mart ayında könüllü olaraq cəbhəyə yollanmışdır. Seyfəlidə təlim-məşq keçdikdən sonra döyüşə getmişdir. Füzuli, Beyləqan döyüşlərində iştirak etmişdir. 1994-cü il aprelin 26-da Füzuli rayonunun Kərimbəyli kəndi uğrunda gedən döyüşlərdə 8 döyüşçü yoldaşı ilə birlikdə gözlənilmədən baş verən erməni hücumunu dəf etmiş, lakin növbəti dəfə hücuma keçən ermənilərə Elburus Haşimov və əsgər yoldaşları müqavimət göstərsələr də itkilər vermişlər. O da bu döyüşdə ağır yaralanaraq şəhidlik zirvəsinə yüksəlmişdir. 27 may 1994-cü ildə Oğuz rayonunun Dəymədərə kəndində dəfn olunmuşdur.

Elburus Haşimovun adı əbədiləşdirilərək Oğuz rayon Dəymədərə kənd tam orta məktəbinə verilmişdir.

Şəhidin valideynləri vəfat etmişdir.






3 просмотра0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page