Əziz Hacıyev Oğuzun Qumlaq kəndindəndir. O, bu kənddə ziyalı ailəsində 29 oktyabr 1972-ci ildə doğulub boya başa çatmışdır. Atası Hidayət müəllim uzun illər kənd məktəbində ibtidai sinif müəllimi, anası Həbibə xanım isə məktəbdə kitabxanaçı işləmişdir. Əziz Hacıyev 1980 -1990-cı illərdə Qumlaq kənd orta məktəbində, 1991-ci ildə Şəki şəhərində sürücülük məktəbində oxumuşdur. 2
4 iyun 1992-ci ildə Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Hərbi xidmətə Sumqayıt şəhərində başlamış, Qusar rayonu N saylı hərbi hissədə davam etdirmişdir. Sonradan döyüş bölgəsinə göndərilmiş, Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl rayonlarında gedən döyüşlərdə iştirak etmişdir.
24 noyabr 1993-cü ildə Cəbrayıl rayonunun Xudafərin kəndi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Qumlaq kəndində dəfn olunmuşdur.
Şəhidin atası Hidayət Hacıyev II Qarabağ müharibəsinin ilk günlərindən cəbhədə gedən döyüşlər zamanı xəstə idi. Əsgərlərimizin oğlunun şəhid olduğu Xudafərin üzərinə bayraq sancdıqlarını görüb “çox şükür artıq balama qovuşa bilərəm”-demiş və çox keçməmiş dünyasını dəyişmişdir. Anası Həbibə Hacıyeva hazırda Qumlaq kəndində yaşayr.
Comments