Zülfüqar Hacıyev 1973-cü il avqustun 2-də Oğuz rayonunun Xaçmaz kəndində dünyaya göz açmışdır. Kənd orta məktəbini bitirmişdir. Bakı Politexnik Texnikumuna daxil olmuşdur.
1992-ci ilin 13 iyununda hərbi xidmətə çağırılmışdır. Qısa vaxt ərzində döyüş hazırlığı keçmiş və cəbhə bölgəsinə göndərilmişdir. Cəmi bir-neçə ay döyüşdə olmasına baxmayaraq öz cəsarəti və qorxmazlığı ilə hörmət qazanmışdır. 1992-ci il noyabrın 15-də Ağdərənin Sırxavənd-Çıldıran kəndləri uğrunda gedən döyüşlərdə Z. Hacıyev şəhidlik zirvəsinə yüksəlmişdir.
Doğulduğu Xaçmaz kəndində dəfn olunmuşdur.
Zülfüqar Hacıyevin atası Şaban Hacıyev vəfat etmiş, anası Şadilə xala, qardaşları Oğuz rayonunun Xaçmaz kəndində yaşayırlar.
Commenti