top of page

Hacıyev Səftər İbad oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Səftər Hacıyev 10 dekabr 1963-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Kənddə böyüyüb, oxuyub orta təhsil aldıqdan sonra Mingəçevir şəhərində texniki peşə məktəbində peşə öyrənmişdir. 1991-ci ildə könüllü olaraq cəbhəyə yola düşmüşdür. Şuşa, Ağdam, Laçın, Ağdərə bölgələrindəki döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin oktyabrında Laçının Zerti kəndi uğrunda gedən döyüşlərin birində əsgər yoldaşları ilə birgə mühasirəyə düşən Səftər Hacıyev həyatını itirmişdir. Düşmənin mühasirəsini yarmağa müvəffəq olan döyüş dostları onun meyidini döyüş meydanından çıxara bilmirlər. Meyidi gizlədirlər. Düşməni geri otuzduran dostları səhəri günü geri qayıdırlar, lakin onun meyidini tapa bilmirlər. Hadisə oktyabrın 8-də baş verir. 1992-ci ilin oktyabrın 26-da Mingəçevir şəhərində Şəhidlər xiyabanında Səftər Hacıyevin rəmzi dəfn mərasimi keçirilmişdir.

Döyüşlərə atılan həmyerlimiz Şükufə xanımla ailəli idi. Aişə adlı bir qızı var idi. Ölümündən sonra oğlu doğulmuş, ona şəhidin öz adı- Səftər adı verilmişdir. Şəhidin ailəsi Mingəçevir şəhərində yaşayır.

2 просмотра0 комментариев

Недавние посты

Смотреть все

Comentarios


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page